16 May 2024
Türklər erməni generalı bu səhvinə görə BAĞIŞLAMADI

Türklər erməni generalı bu səhvinə görə BAĞIŞLAMADI

07 Avqust 2021
Baxış: 683

“Livenews.am” xəbər agentliyinin əməkdaşları iki hissədən ibarət bir video yayımlayıblar. Onların bu videosu Ermənistan cəmiyyətində böyük ajiotaj doğurub.

AJMEDİA.İNFO xəbər verir ki, videonun birinci hissəsində general-leytenant Manvel Qriqoryanın protokolu pozaraq Türkiyənin marşı çalınarkən etiraz olaraq cərgəni tərk etdiyi arxiv görüntüləri təqdim olunur.

Kadrarxası mətndə deyilir ki, “Türklər bunun üçün bir erməni generalı bağışlaya bilərmi?”

Videoda daha sonra deyilir: “2018 -ci ildə İrəvanda “məxməri inqilab” baş verdi və nəticədə türk agentləri (“Omeqa” və “Çaqqal”) hakimiyyətə gəldi. Onların ilk işi Manvel Qriqoryana qarşı gülünc cinayət işinin açılması oldu. General Qriqoryan iki il həbsdə saxlanıldı, nəticədə səhhəti pisləşdi və 2020-ci ildə öldü.

Videonun ikinci hissəsində hakim Vətəndaş Müqaviləsi Partiyasından olan millət vəkili, oliqarx Xaçatur Sukiasyan (“Grzo”) parlament də daxil olmaqla, dəfələrlə türk terror təşkilatının “Boz Qurd”ların simvolunu nümayiş etdirir və bunları deyir: “Çox istedadlı və çeviksən, gəl və hakimiyyəti ələ al!”.(konkret.az)