15 May 2024
Türkiyədə yaşayan vətəndaşlarımıza MÜRACİƏT - RƏSMİ

Türkiyədə yaşayan vətəndaşlarımıza MÜRACİƏT - RƏSMİ

06 Fevral 2023
Baxış: 408

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Türkiyədə yaşayan və işləyən vətəndaşlarımıza müraciət edib.

AJMEDİA.İNFO xəbər verir ki, müraciət diplomatik nümayəndəliyin sosial şəbəkə hesabında yayılıb.

“Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ nəticəsində zərərçəkən Azərbaycan vətəndaşlarının və ya onlar haqqında məlumatı olanların aşağıdakı qaynar xətt vasitəsilə Baş Konsulluqla əlaqə saxlamaqları xahiş olunur: +90 536 613 86 48”, - məlumatda bildirilib.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 1710 nəfər dağıntılar altında qalıb.