16 May 2024
Türkiyədə sel onlarla evi və bir körpünü dağıdıb

Türkiyədə sel onlarla evi və bir körpünü dağıdıb

30 May 2023
Baxış: 391

Türkiyənin Muş vilayətində sel onlarla evi dağıdıb.

Məlumata görə, leysan yağış selə səbəb olub, təbii fəlakət 5 avtomobilə və onlarla evə ziyan vurub, bir körpü dağılıb.

Kırköy şəhər bələdiyyəsinin rəhbəri Nahit Dizman 35 evin zərər çəkdiyini bildirib. “Hər şey bir anda oldu. Bizim müdaxilə etmək şansımız olmadı. Qəfil sel körpünün uçmasına səbəb olub. Körpünün uçması ilə 35 evi su basıb. Bələdiyyə qarajımızdakı 5 maşınımız su altında qalıb. Çayın ayrı-ayrı yerlərində suötürücüləri açmalı olduq”, - o deyib.

Nahit Dizman əkin sahələrinin də təbii fəlakətdən ziyan çəkdiyini bildirib.

Teqlər: