16 May 2024
Türkiyə səfiri şəhid general Polad Həşimovun anasını ZİYARƏT ETDİ - FOTOLAR

Türkiyə səfiri şəhid general Polad Həşimovun anasını ZİYARƏT ETDİ - FOTOLAR

05 Oktyabr 2021
Baxış: 660

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun anasını ziyarət edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumatı türkiyəli səfir öz tviter hesabında paylaşıb.

“Şəhid general Polad Həşimovun anası Səmayə xanımı ziyarət etdik, əlini öpdük. Ona Türkiyə bayrağını hədiyyə etdik və xeyir-duasını aldıq. Allah türk millətini qorusun. Səmayə xanım dedi ki, cənab Ərdoğana və türk millətinə salamlarımı çatdırın. Baş üstə”, - deyə səfir qeyd edib.