15 May 2024
Türkiyə Müdafiə Nazirliyi: “Qardaşlarımıza xoş gəldiniz deyirik”

Türkiyə Müdafiə Nazirliyi: “Qardaşlarımıza xoş gəldiniz deyirik”

02 Sentyabr 2021
Baxış: 470

Sentyabrın 6-7-də Türkiyənin Konya şəhərində ənənvi “Turaz Şahini” hərbi təlimləri keçiriləcək.

Bu barədə Türkiyə Müdafiə Nazirlilyindən məlumat verilib.

Təlimlərdə iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrnə aid iki ədəd Miq-29 və iki ədəd Su-25 təyyarələri, həmçinin 78 nəfərlik şəxsi heyət artıq Konyaya gəlib.

Nazirliyin sosial şəbəkə səhifəsindən bu barədə məlumat paylaşılıb və “Qardaşlarımıza xoş gəldiniz deyirik”, - yazılaraq qeyd edilib.

Bununla yanaşı, səhifədə Azərbaycan və Türkiyə arasında bağlanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən hər iki qardaş ölkə hərbçilərinin Azərbaycanda keçirilən birgə təlim-məşqlərindən də görüntülər dərc edilib.