15 May 2024
Türkiyə azərbaycanlılardan bu əşyaları istədi: yorğan, döşək, əl fənəri… – Yardımlar bu ünvanda toplanır

Türkiyə azərbaycanlılardan bu əşyaları istədi: yorğan, döşək, əl fənəri… – Yardımlar bu ünvanda toplanır

07 Fevral 2023
Baxış: 1672

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib.

AJMEDİA.İNFO-nun məlumatına görə, diplomatik nümayəndəlikdən bildirilib ki, zərərçəkənlərin əsasən, qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var.

Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır.

Yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasında toplanır.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb. 5 775 bina dağılıb.