21 May 2024
Trampın köməkçilərindən birində koronavirus aşkarlanıb

Trampın köməkçilərindən birində koronavirus aşkarlanıb

08 May 2020
Baxış: 405

ABŞ Prezidenti Donald Trampın köməkçilərindən birində yeni növ koronavirus (COVID-19) testinin nəticəsi pozitiv olub.

AJM-in “Anadolu” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Tramp həmin şəxslə çox yaxın təmasda olmadığını deyib və iki dəfə COVID-19-la bağlı test nəticəsinin neqativ çıxdığını bəyan edib.

ABŞ prezidenti özünün və vitse-prezident Mayk Pensin hər gün koronavirus testindən keçəcəyini bildirib.

Teqlər: Tramp