16 May 2024
"Torpaqlarımızı oğurlayıb, müharibə qaçılmazdır" - HƏMAS İsraili TƏHDİD ETDİ

"Torpaqlarımızı oğurlayıb, müharibə qaçılmazdır" - HƏMAS İsraili TƏHDİD ETDİ

20 Oktyabr 2021
Baxış: 370

"Fələstinin işğalı dayanmasa, İsrail dövləti ilə müharibə qaçılmaz olacaq".

AJMEDİA.İNFO axar.az-a istinadən xəbər verir ki, bunu “Skay Nyus”a müsahibəsində HƏMAS-ın rəsmi nümayəndəsi Qazi Həmad deyib.

“İsrailə qalib gələ, ona sarsıdıcı zərbə endirə bilərik. Onlar bizim torpaqları oğurlayıblar. Biz onların qurbanlarıyıq. Başa düşməlisiniz ki, bizim xalq işğal altındadır. Biz İsrailə güvənmirik və inanmırıq ki, bu ölkə sülhdə maraqlıdır”, – deyə o bildirib.

HƏMAS nümayəndəsi İsrail dövlətini tanımaqdan imtina etdiklərini söyləyib.