22 May 2024
Toplum TV-nin ofisində axtarış aparıldı - DİN-dən AÇIQLAMA

Toplum TV-nin ofisində axtarış aparıldı - DİN-dən AÇIQLAMA

06 Mart 2024
Baxış: 282

Daxili İşlər Nazirliyi (DİN) Toplum TV-də axtarış aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib.

AJMEDİA.İNFO-ya DİN-in Mətbuat xidmətindən bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

“Əlavə məlumat veriləcək”, - mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Toplum TV-nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb.