16 May 2024
Təl-Əviv Moskva ilə anlaşma əldə edib

Təl-Əviv Moskva ilə anlaşma əldə edib

20 İyun 2023
Baxış: 513

Təl-Əviv Moskva ilə anlaşma əldə edib və ona əsasən, Moskva Tehrana silah göndərməkdən imtina edib.

"Channel 12" xəbər verir ki, Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi İran PUA-ları müqabilində Tehrana hərbi təyyarələr və hava hücumundan müdafiə sistemləri verməsi nəzərdə tutulurdu.

İddiaya görə, İsrail Rusiyadan İranın tələbinə cavab verməməyi xahiş edib və bunun müqabilində Ukraynanı letal hücum silahları verməyəcəyi öhdəliyi götürüb.

Xatırladaq ki, bundamn əvvəl baş nazir Benyamin Netanyahu Kremllə açıq kanallar vasitəsilə əlaqənin saxlanıldığını bildirmişdi. Əvvəlki hökumətin Ukraynaya modern silahlar göndərməmək siyasətini tərifləyən Netanyahu Rusiyanın İranı qabaqcıl silahlarla təmin etməsindən narahatlığını dilə gətirmişdi.yenisabah.az