15 May 2024
Tayvan öz qırıcılarını Amerika raketləri ilə təchiz edir

Tayvan öz qırıcılarını Amerika raketləri ilə təchiz edir

23 May 2023
Baxış: 442

Tayvan “F-16V” qırıcılarını Amerikanın yeni istehsalı olan “AIM-9X Sidewinder” hava-hava raketləri ilə təchiz edir.

Bu barədə adanın Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsinə istinadən “South China Morning Post” qəzeti yazıb.

Bildirilib ki, yeni raketlər qrafikə uyğun olaraq Tayvana çatdırılıb və quraşdırılıb. Bundan başqa ehtiyatda olan bütün təyyarələr də döyüş hazırlığı standartlarına uyğun silahlarla təchiz ediləcək.

Qeyd olunub ki, Tayvanın Çiayi Hərbi Hava Qüvvələri bazasındakı bütün 64 “F-16V” qırıcıları izləmə və dəqiq zərbə imkanlarını təkmilləşdirmək üçün “AIM-9X Block II” raketləri ilə təchiz edilib.

Teqlər: