16 May 2024
Tanklarımızın Ukrayna şəhərlərini darmadağın edəcəyi... - Rusiya

Tanklarımızın Ukrayna şəhərlərini darmadağın edəcəyi... - Rusiya

23 Noyabr 2021
Baxış: 613

ABŞ Dövlət Departamenti Rusiya hərbçilərinin Ukrayna ilə sərhəddə cəmləşməsi ilə bağlı yalan məlumat yayır.

AJMEDİA.İNFO axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti açıqlama yayıb.

"Son vaxtlar Vaşinqton rəsmiləri Rusiyanı Ukraynaya qarşı "təcavüz"ə hazırlayaraq, dünya ictimaiyyətini fəal şəkildə qorxudurlar. Daxil olan məlumatlara görə, ABŞ Dövlət Departamenti diplomatik kanallar vasitəsilə müttəfiqlərinə və tərəfdaşlarına qüvvələrin cəmləşməsi ilə bağlı tamamilə yalan məlumatlar çatdırır.

Amerikalılar Rusiya tanklarının Ukrayna şəhərlərini necə darmadağın etməyə başlayacağına dair dəhşətli mənzərə yaradırlar və onları Rusiyanın bu cür niyyətləri ilə bağlı bəzi “mötəbər məlumatlara” malik olduqlarına inandırırlar", - Rusiya kəşfiyyatı açıqlamasında qeyd edib.