21 May 2024
Tanınmış videoqrafın Bakıda dəbdəbəli TOYU OLDU - FOTO/VİDEO

Tanınmış videoqrafın Bakıda dəbdəbəli TOYU OLDU - FOTO/VİDEO

25 Aprel 2023
Baxış: 585

Bakıda məşhur videoqraf Hüseyn Qəribovun toyu olub.

AJMEDİA.İNFO-nun məlumatına görə, dəbdəbəli toydan görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Mərasimdə bir çox tanınmışlar iştirak edib. Belə ki, Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənov, aktyor Nicat Rəhimov, Xalq artistləri - Röya Ayxan, Eyyub Yaqubov, Əməkdar artistlər - Ədalət Şükürov, Xəyyam Nisanov, müğənni Zamiq Hüseynov və reper Elşad Xose səhnə alıb.

H.Qəribov Dilarə adlı xanımla ailə həyatı qurub. Bəyin nikah şahidi bloqer Hüseyn olub.

Bundan başqa, Hüseyn və dostlarının toy kortejindəki bahalı maşınları müzakirələrə səbəb olub.

Qeyd edək ki, Hüseyn Qəribovun instaqramda 1 milyondan çox izləyicisi var.