15 May 2024
"Şuşanı geri almaq üçün ciddi hazırlaşırıq" - Ohanyan SƏRSƏMLƏDİ

"Şuşanı geri almaq üçün ciddi hazırlaşırıq" - Ohanyan SƏRSƏMLƏDİ

09 May 2022
Baxış: 2700

1992-ci ildə Şuşanın işğal edilməsinə rəhbərlik edən erməni general-polkovnik Seyran Ohanyan sərsəm açıqlama verib.

AJMEDİA.İNFO-nun məlumatına görə, Seyran Ohanyan Ermənistan mətbuatına açıqlamasında bildirib ki, Şuşanın yenidən ermənilərin nəzarətinə keçməsi üçün ciddi hazırlaşırlar.

”44 günlük müharibədən nəticə çıxartmalı yenidən Şuşanı əldə etmək üçün hazırlıqları davam etdirməliyik. Əgər Şuşa Azərbaycanın tabeçiliyində qalsa, birazdan Xankəndi və Ağdərəni itirəcəyik. Avtomatik olaraq Xocalı da nəzarətimizdən çıxacaq. İndiki hakimiyyət Qarabağdan tamamilə əlini uzub. Erməni könüllərinə səslənirəm Qarabağın əldən getməməsi üçün birləşməli və yeni mühairbəyə başlamalıyıq”- Ohanyan bildirib.(alp.az)