16 May 2024
Surət Hüseynov son mənzilə ORADAN YOLA SALINACAQ

Surət Hüseynov son mənzilə ORADAN YOLA SALINACAQ

01 Avqust 2023
Baxış: 519

Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovla vida mərasimi Gəncədəki evində keçiriləcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu gün səhər mərhumun evinin qarşısında yas çadırı qurulub.

Surət Hüseynov şəhərin 4 saylı qəbiristanlığında ata və anasının məzarı yanında dəfn olunacaq.

Xatırladaq ki, ötən gün 64 yaşlı keçmiş baş nazir İstanbuldan Moldovaya gedərkən səhhəti pisləşib. O, Türkiyədə xəstəxanada vəfat edib.


(qafqazinfo)