16 May 2024
Süleymaninin öldürülməsi ilə bağlı yeni versiya – Kimsənin bilmədiyi “Süleymani arxivi”

Süleymaninin öldürülməsi ilə bağlı yeni versiya – Kimsənin bilmədiyi “Süleymani arxivi”

03 Yanvar 2022
Baxış: 448

Düz iki il əvvəl, 2020-ci il yanvarın 3-də əfsanəvi İran generalı Qasım Süleymani İraq hava limanında ABŞ Hərbi Hava Qüvvələri və İsrail xüsusi xidmət orqanlarının xüsusi əməliyyatı nəticəsində öldürülüb. Tanınmış hərbi ekspert, "Vətən Arsenalı” jurnalının redaktoru Aleksey Leonkov ABŞ-ın niyə belə xüsusi əməliyyata getməsi ilə bağlı öz versiyasını irəli sürüb.

AJMEDİA.İNFO xəbər verir ki, Leonkov "Maduro axmaq deyil” adlı Teleqram kanalında yazdığına görə, 2015-ci ilin noyabrında Rusiyanın Su-24 təyyarəsi Suriya səmasında vurulan zaman şturman Konstantin Muraxtinin xilas edilməsi ilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlılarının məşğul olmasını və bu əməliyyata şəxsən Qasım Süleymaninin rəhbərlik etməsini az adam bilir.

Ekspertin fikrincə, SEPAH bölmələri Suriya torpaqlarında çox işlər görüb.

"Çoxları hesab edir ki, bu səbəbdən onların lideri ovlanıb, - o yazıb. - Bununla belə, başqa bir səbəb də olub - İraqda qeyri-insani cinayətlərin sübutlarını toplayan qondarma "Süleymani arxivi". Bu arxivdə ABŞ-ın Demokratik və Respublikaçı partiyalarının bir çox nümayəndələrinə dair dosyelər (kompromat sübutları) var idi. Buna görə də Tramp Süleymanini bu yolla dayandıracağına ümid edərək əmr verib”.

Leonkov qeyd edib ki, "Trampın mümkün saxlama yerlərini raket zərbələri endirməklə hədələməsinə baxmayaraq, general Süleymaninin ölümü ndən sonra da arxiv heç cür tapılmayıb”. Bu "məqsədlərin” bəziləri İranın mədəni və tarixi mərkəzləri olub.

"Arxivin nə vaxt üzə çıxacağı hələ məlum deyil, amma hər şeyin öz vaxtı var..." - deyə Aleksey Leonkov bildirib.

Süleymaninin öldürülməsinin qisasını almaq üçün İran 2020-ci ilin yanvarında ABŞ-ın İraqdakı bir sıra hərbi obyektlərinə raket zərbələri endirib. ABŞ Hərbi Hava Qüvvələrinin cavab zərbəsi ərəfəsində İranın hava hücumundan müdafiə ekipajlarından biri Tehrandan Kiyevə uçan Boeing 737-800 sərnişinini səhvən vurub. 176 nəfər ölüb.(Qaynarinfo)

Teqlər: Süleymani