16 May 2024
Stressə düşməmək üçün BU QİDALARI qəbul edin - SİYAHI

Stressə düşməmək üçün BU QİDALARI qəbul edin - SİYAHI

25 May 2023
Baxış: 412

Stress, aqressiya son zamanlar xüsusilə şəhər sakinləri arasında müşahidə edilən əsas problemlərdən birinə çevrilib.

AJMEDİA.İNFO bildirir ki, belə hallarla mübarizə aparmaq üçün uyğun ərzaq məhsulları var. Belə ki, rus dietoloq Marina Sorokinanın sözlərinə görə, stresslə mübarizədə B12 vitamini ilə zəngin olan üç qida kömək edə bilər. O qeyd edib ki, bu vitaminin əsas mənbələri isə quş, donuz, mal əti, balıq və süd məhsullarıdır.

Mütəxəssis stressə qarşı faydalı olan üç qida məhsulunu bu cür sadalayıb:

Qaraciyər - mal ətinin 100 qramında 70 mikroqram B12, ördəkdə - 54 mikroqram, donuz ətində - 30 mikroqram, hinduşkada - 28 mikroqram, toyuq qaraciyərində - 16,5 mikroqram var.

Dəniz məhsulları - onlar təkcə B12 vitamini ilə deyil, həm də A, B, C, D vitaminləri, maqnezium, kalsium, fosfor, sink, dəmir və yod kimi minerallarla zəngindir.

Skumbriya - 100 q bişmiş skumbriyada 19 mikroqram B12 vitamini olur.

Bununla belə, mütəxəssis əlavə edib ki, bitki mənşəli məhsullarda sözügedən vitamin yoxdur. Buna görə vegetarianlara sintez edilmiş B12 qəbul etmələri tövsiyə olunur.(sfera.az)