21 May 2024
SON DƏQİQƏ! İran səfirliyinin 4 əməkdaşına 48 SAAT VAXT VERİLDİ - RƏSMİ

SON DƏQİQƏ! İran səfirliyinin 4 əməkdaşına 48 SAAT VAXT VERİLDİ - RƏSMİ

06 Aprel 2023
Baxış: 409

6 aprel 2023-cü il tarixində İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN-dən AJMEDİA.İNFO-ya verilən xəbərə görə, görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.

İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.