16 May 2024
Şəhid atasının evi yanıb kül oldu

Şəhid atasının evi yanıb kül oldu

21 Oktyabr 2021
Baxış: 330

Yanğın hadisəsi bu gün günorta saatlarında rayonun Qaxbaş kəndində, Heydərov Nasim Paşa oğluna məxsus evdə baş verib.

Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 120 kvadrat metr olan kürsülü ev içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.

Yanğın yerinə iki yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, Nasim Heydərovun oğlu Müslüm Heydərov vətən uğrunda şəhid olub.(Qafqazinfo.az)