21 May 2024
Sabirabadda axtarışda olan şəxsdən tapança və bıçaq götürüldü

Sabirabadda axtarışda olan şəxsdən tapança və bıçaq götürüldü

13 Dekabr 2021
Baxış: 480

Sabirabad rayonunda axtarışda olan şəxs tutulub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olan şəhər sakini X.Nəsibov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan “Perfecta” markalı tapança və bıçaq aşkar edilərək götürülüb.