16 May 2024
Sabah neçə dərəcə isti olacaq? - Proqnoz AÇIQLANDI

Sabah neçə dərəcə isti olacaq? - Proqnoz AÇIQLANDI

19 Avqust 2022
Baxış: 456

Avqustun 20-ə gözlənilən hava şəraiti açıqlanıb.

AJMEDİA.İNFO-ya Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Cənub-şərq küləyi əsəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 23-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-60 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-29° isti olacaq.