17 May 2024
Sabah bu rayonlarda QAZ OLMAYACAQ - DİQQƏT!

Sabah bu rayonlarda QAZ OLMAYACAQ - DİQQƏT!

14 Fevral 2024
Baxış: 314

Sabah Masallı, Xızı və Siyəzən rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə AJMEDİA.İNFO-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat verir.


Bildirilib ki, "Masallı 1 və “Masallı 2” ölçü qovşaqlarından qidalanan qaz təchizatı şəbəkəsində və "Yaşma-Siyəzən” yüksək təzyiqli qaz kəmərində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı fevralın 15-də saat 10:00-dan “Yaşma Qəbul” ölçü qovşağından və saat 14:00-dan “Masallı 1" və "Masallı 2” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.