15 May 2024
Ruslar haqqında zarafat BAHA BAŞA GƏLDİ - Mirzəlizadə Rusiyadan ÇIXARILIR

Ruslar haqqında zarafat BAHA BAŞA GƏLDİ - Mirzəlizadə Rusiyadan ÇIXARILIR

30 Avqust 2021
Baxış: 644

Ruslar haqqında zarafat edən və buna 10 gün inzibati həbs cəzası çəkən stend-up komediyaçı İdrak Mirzəlizadənin “ölkədə olmasını ömür boyu arzuolunmazdır”.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

“İctimai çıxışında İdrak Mirzəlizadə, ruslara qarşı nifrət və düşmənçiliyi qızışdıran, insan ləyaqətini alçaldan ifadələrə yol verib. Bununla əlaqədar olaraq, onun Rusiya Federasiyasında olması ictimai asayişi, başqalarının hüquqlarını və qanuni maraqlarını təhdid edən kimi tanınır. Təqdimat formasından asılı olmayaraq, millətlərarası münasibətlərin sabitliyini pozmağa yönələn ifadələr yolverilməzdir”, – qurumun yaydığı məlumatda qeyd olunur.

İyulun 30-da YouTube -da “Razqonı” yumoristik verilişinin efirində Mirzəlizadənin zarafatına görə inzibati iş qaldırılıb. Komediyaçı Rusiya İnzibati Xətalar Məcəlləsinin 20.3.1 (“Nifrət və ya düşmənçiliyə təhrik, habelə insan ləyaqətinin alçaldılması”) maddəsini pozmaqda şübhəli bilinir.

Avqustun 9 -da Moskvanın Tagansky Rayon Məhkəməsi komediyaçıya hökm oxuyub. Ruslarla zarafat edən Mirzəlizadə on günlük inzibati həbs alıb. Daha sonra Moskva Şəhər Məhkəməsi bu qərarı qanuni elan edib.(Virtualaz.org)

Qeyd edək ki, o, bir neçə il əvvəl Azərbaycana qarşı separatçı fikirlər səsləndirmişdi.