16 May 2024
Rusiyanın ərazisini genişləndirməliyik, əks təqdirdə... - Sergey Kurqinyan

Rusiyanın ərazisini genişləndirməliyik, əks təqdirdə... - Sergey Kurqinyan

03 Sentyabr 2021
Baxış: 805

Qərb ona münasibətdə istənilən kompromisi zəiflik kimi qəbul edir. Buna görə də Rusiyanın bu və ya digər xarici siyasət qərarları verərkən ətrafına baxmasının heç bir mənası yoxdur.

AJMEDİA.İNFO xəbər verir ki, “Zamanın mahiyyəti“ “YouTube” kanalının efirində eyniadlı sağçı-patriotik hərəkatın lideri, Rusiyadakı erməni propaqandistlər qrupunun ilhamvericisi, yazıçı-publisist Sergey Kurqinyan bildirib.

“Yadellilərlə razılaşmalara inanmaq üçün çox sadəlövh insan olmalısan, hansı ki, guya ərazilərimizi genişləndirməkdən imtina etsək bizə təzyiq etməyəcəklər. Edəcəklər, edəcəklər.

Ərazini genişləndirməkdən imtina edəcəksən, başqa bir yerdə güzəştə gedəcəksən və bu zaman onlar səni bitirməyə başlayacaqlar. Və siz nə qədər imtina etsəniz, sizi bir o qədər güclü şəkildə bitirəcəklər.

Çünki onların əsas prinsipi budur – zəiflər mövcud olmamalı, zəiflik göstərən kəs mütləq məhv edilməlidir. Bu prinsipi istəyirsiniz cinayətkar prinsip, istəyirsiz Britaniya aristokratiyasının prinsipi adlandırın, bu, onsuz da belədir.

Əgər yalnız gözlərinizlə aldadıldığınızı görsəniz, geri çəkilməyə başlasanız, hansısa zəiflik gösərsəniz, vəsəlam, – burada məhv edilmək üçün zərbələr başlayacaq”.

Qeyd edək ki, S.Kurqinyanın bu istiqamətdə fikirlərinə yer ayıran rus saytları onu Rusiya imperiyasının sərhədlərini əks etdirən aşağıdakı xəritə ilə veriblər.