15 May 2024
Rusiyadan Putin-Zelenski görüşü barədə VACİB AÇIQLAMA

Rusiyadan Putin-Zelenski görüşü barədə VACİB AÇIQLAMA

21 Mart 2022
Baxış: 508

“Hələ nəticəyə gəlinəcək bir şey yoxdur”.

AJMEDİA.İNFO “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Ukrayna Prezidentləri Vladimir Putinlə Volodimir Zelenskinin mümkün görüşünü şərh edərkən bildirib.

“Heç bir razılaşma yoxdur”, - deyə o əlavə edib.

Xatırladaq ki, Rusiya və Ukrayna arasında danışıqlar hələ ki nümayəndə heyətləri səviyyəsində aparılır. Belə ki, danışıqların birinci raundu fevralın 28-də Belarusun Qomel vilayətində keçirilib, görüş beş saat davam edib. Tərəflər daha sonra martın 3-ü Belovejskaya Puşçada və martın 7-si isə Brest vilayətində görüşüblər.

Hazırda danışıqlar videobağlantı vasitəsilə gündəlik formatda aparılır.

Martın 10-da isə Antalyada keçirilən diplomatik forum çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrovla Dmitri Kuleba arasında görüş keçirilib.