Vasif Məhərrəmli plastik əməliyyatdan sonra - FOTO
14 saat əvvəlRusiyada koronavirusa yoluxanların sayı 640 mini ötüb
29 İyun 2020
Baxış: 392
Rusiyada son sutka ərzində daha 6 719 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
AJM-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 641 156 nəfərə çatıb.
Son sutka ərzində 93 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 9 166 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 403 430 nəfərdir.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.