22 May 2024
Rusiya XİN Putin-Bayden görüşünün mümkünlüyünə münasibət bildirib

Rusiya XİN Putin-Bayden görüşünün mümkünlüyünə münasibət bildirib

20 Aprel 2021
Baxış: 1068

“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında mümkün görüşün yeri və vaxt barədə danışmaq hələ tezdir”.

AJM-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Hələlik tezdir, biz buna heç yaxınlaşmamışıq belə...” - deyə o qeyd edib.

Naziri müavini görüş təşəbbüsünün ABŞ tərəfindən gəldiyini diqqətə çatdırıb: “Biz hələlik məsələnin başındayıq. Prosesin necə olacağı ABŞ-ın bundan sonra özünü necə aparacağından asılı olacaq”.

Teqlər: Rusiya