15 May 2024
Rusiya XİN-dən Azərbaycan-Ermənistan sərhədi ilə bağlı AÇIQLAMA

Rusiya XİN-dən Azərbaycan-Ermənistan sərhədi ilə bağlı AÇIQLAMA

15 Sentyabr 2022
Baxış: 407

“Moskva İrəvan və Bakı arasında atəşkəslə bağlı əldə olunan razılaşmaya riayət olunacağına ümid edir”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.

“Atəşkəslə bağlı birinci razılaşmadan sonra atışmalar oldu. Dünən yeni razılaşma əldə olundu”, - deyə Zaxarova söyləyib.

Onun sözlərinə görə, Moskva tərəfləri təmkinli olmağa, bütün problemləri siyasi-diplomatik yolla həll etməyə çağırır.