16 May 2024
Rusiya Ukraynanın Xarkov şəhərinə DESANT ÇIXARDI - Dəhşətli DÖYÜŞLƏR BAŞLAYIB

Rusiya Ukraynanın Xarkov şəhərinə DESANT ÇIXARDI - Dəhşətli DÖYÜŞLƏR BAŞLAYIB

02 Mart 2022
Baxış: 572

Rusiya Xarkov şəhərinə desant qoşunu çıxarıb, Ukrayna ordusu onlarla döyüşə girib.

AJMEDİA.İNFO Ukrayna Ali Radasının “Telegram” kanalının xəbərinə görə, bu barədə ölkənin Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Rusiya desantları Xarkova enib. Silahlılar xəstəxanaya - Şimal Regionunun Hərbi Kliniki Tibb Mərkəzinə hücum ediblər. Onlarla ukraynalı müdafiəçilər arasında döyüş başlayıb”, - məlumatda deyilir.

“Ukraynanın Operativ Silahlı Qüvvələri” “Telegram” kanalının məlumatına görə, hücum şəhər və bölgədə hava həyəcanı xəbərdarlığının elan edildiyi anda baş verib.