16 May 2024
Rusiya Ukraynanın paytaxtını BOMBARDMAN EDİR - Zelenskinin ofisinin yaxınlığı VURULDU

Rusiya Ukraynanın paytaxtını BOMBARDMAN EDİR - Zelenskinin ofisinin yaxınlığı VURULDU

10 Oktyabr 2022
Baxış: 352

Rusiya qoşunları bu dəqiqələrdə Ukraynanın paytaxtını ağır raket atəşinə məruz qoyurlar.

AJMEDİA.İNFO UNİAN-a istinadən xəbər verir ki, məlumatı Kiyev şəhərinin meri Vitali Kliçko da təsdiq edib.

Lakin Kliçko hələlik dağıntılar və xəsarət alanlar barədə məlumata malik olmadıqlarını bildirib.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenkonun sözlərinə görə, Kiyevə atılan raketlərdən biri Vladimirskaya küçəsinə düşüb. Bildirilir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin ofisi məhz bu küçədə yerləşir.

Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi də həmin əraziyə yaxın məsafədədir.