15 May 2024
Rusiya Qarabağ ermənilərinin su problemini belə HƏLL ETDİ - VİDEO

Rusiya Qarabağ ermənilərinin su problemini belə HƏLL ETDİ - VİDEO

19 Avqust 2021
Baxış: 852

Rusiya sülhməramlı kontingentinin əsgərləri Xankəndi şəhəri və Qarabağın ucqar bölgələrində yaşayan 200-dən çox ailəyə maşınlarla içməli su çatdırıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qarabağ sakini Alina Akopyan bildirib ki, onuncu gün idi ki, Xankəndidə su yox idi.

“Su həmişə çatmır, xüsusən də yayda”, – deyə o bildirib.

Sülhməramlı kontingentin maddi-texniki təminat bölmələri iki gün ərzində Dağlıq Qarabağ sakinlərinə təxminən 15 tona yaxın içməli su çatdırıb.

Su stansiyasında təmir-bərpa işləri başa çatana və Qarabağın yaşayış məntəqələrinə boru xətti çəkilənə qədər sülhməramlı kontingentin hərbçiləri yerli sakinləri hər gün su ilə təmin edəcəklərini bildiriblər.

“Rusiya sülhməramlı kontingentinin komandanlığı yerli əhalinin içməli su ilə təmin edilməsi barədə qərar qəbul edib. Gündəlik su çatdırılma cədvəli tərtib edilib”, – Rusiya sülhməramlı kontingentinin sözçüsü Vladislav Demkin deyib.

Məlumata görə, Rusiya sülhməramlıları hazırda Xocavənd rayonundakı bir artezian quyusundan Tagavard və Qırmızı Bazar qəsəbələrinin sakinlərini su ilə təmin etmək üçün boru çəkilişi zamanı təhlükəsizliyi təmin edir.