16 May 2024
Rusiya istehsalı “Maşa və Ayı”nın Azərbaycan buraxılışı SİLİNDİ - Ermənilər İSTƏYİB

Rusiya istehsalı “Maşa və Ayı”nın Azərbaycan buraxılışı SİLİNDİ - Ermənilər İSTƏYİB

03 Sentyabr 2021
Baxış: 675

Rusiya istehsalı olan məşhur “Maşa və Ayı” cizgi filminin Azərbaycandan bəhs edilən son buraxılışı rəsmi yutub səhifələrindən silinib.

AJMEDİA.İNFO xəbər verir ki, avqustun əvvəlində “Cırtdan” xalq nağılı əsasında hazırlanan bölümü Rusiyada fəaliyyət göstərən erməni diasporu nümayəndələrinin, Ermənistan vətəndaşlarının şikayətləri əsasında platformadan qaldırılıb.

Qeyd edək ki, cizgi filmində Azərbaycanın milli mətbəxində olan təndir çörəyi, paxlava, şəkərbura, dolma göstərilmiş, o cümlədən məşhur “Cücələrim” mahnısı da səsləndirilmişdi.

(qafqazinfo)