16 May 2024
Röya Aygün Bəylərdən danışdı: "Çox xətrimə dəymişdi, amma istəyərdim ki, yaşasın" - VİDEO

Röya Aygün Bəylərdən danışdı: "Çox xətrimə dəymişdi, amma istəyərdim ki, yaşasın" - VİDEO

11 Yanvar 2024
Baxış: 376

Xalq artisti Röya Ayxan mərhum sənətkar Aygün Bəylərlə aralarında yaranan küsülülükdən danışıb.

AJMEDİA.İNFO xəbər verir ki, sənətçi bu barədə "İncə səhər" proqramına açıqlamasında aralarında inciklik olmasına baxmayaraq, Bəylərin vəfatına görə kədərləndiyini bildirib:

"Bu hadqa mən çox dərin danışmaq istəmirəm. Çünki həmin adamı dərin tanımırdım. Yalan olmasın. O mənim çox xətrimə dəymişdi. Doğurdan da küsmşüdüm. Lakin bu hadisədən sonra başa düşdüm ki, çox az ömrümüz var, bilmək olmur sabah nə olacaq.

Ona görə nə könül qıraq, nə də ki kiminsə pis enerjisini içimizdə aparaq. Mən çox istəyərdim ki, o yaşasın. Çünki bir balası var. Amma o ömür boyu da yaşayacaq".

Xatırladaq ki hər iki məşhur arasında 6 il əvvəl qalmaqal yaşanıb. Aygün Bəylər verilişlərin birində “Hansı sənətdən danışırsan? Məni əsəbiləşdirirsən. Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur. Elə 80 faizi o gündədir. Mən sənətkaram! Onu xalqın qarşısında bu səviyyəyə qaldırmağa ixtiyarın yoxdur. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən” deyərək qalmaqal yaradacaq fikir səsləndirmişdi.