21 May 2024
Rövşən Lənkəranskinin “sağ əli” azadlığa çıxdı - VİDEO

Rövşən Lənkəranskinin “sağ əli” azadlığa çıxdı - VİDEO

07 Sentyabr 2021
Baxış: 1444

Azərbaycanlı qanuni oğru "Rufo Gəncinski” ləqəbli Ülfət Tağıyev dünən Rusiyada 8 illik həbsdən sonra azadlığa çıxıb.

AJMEDİA.İNFO xəbər verir ki, o, 2013-cü ildə Rusiyaya qanunsuz daxil olduqdan sonra saxlanılıb və kriminal aləm üzvü olmaqda ittiham edilərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, dünən Rusiyadakı həbsxanada cəzasını tam çəkərək azadlığa çıxan "Rufo Gəncsinki” əvvəlcə Ukraynaya, oradan isə Dubaya gedib.

Mərhum qanuni oğru Rövşən Lənkəranskinin sağ əli olan "Rufo Gəncinski”nin yaxın həftələrdə oğru aləmində hərəkətə keçəcəyi ilə bağlı məlumatlar yayılır.

"Rufo Gəncinski"nin 2013-cü ildə Rusiyada saxlanılma anı: