15 May 2024
Qurban Qurbanov: “Nə olardı ki anam 2-3 il də yaşayardı və başqa cür olardım” - VİDEO

Qurban Qurbanov: “Nə olardı ki anam 2-3 il də yaşayardı və başqa cür olardım” - VİDEO

13 Aprel 2023
Baxış: 379

Peşəkar Futbol Liqası (PFL) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun 51 yaşı tamam olması münasibətilə video hazırlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, videoda təcrübəli mütəxəssisin Zaqtalanın Aşağı- Tala kəndindəki qonşuları, qardaşı Mahir Qurbanov fikirlərini bölüşüblər. Onlar Qurban Qurbanovun uşaqlıqdan futbola olan həvəsindən söz açıblar.

Həmçinin Qurban Qurbanov fikirlərini bildirib. O, anasından danışıb: “Həyatımızda elə insanlar olur ki deyirik, nə olardı ki 2-3 il də yaşayardı və başqa cür olardım. Nə eləsək də, anamızın haqqını verə bilmərik. Onun məndən tələb etdiklərini, övladları üçün etdiklərini düşünəndə fikirləşirəm ki, biz necə elə valideyn ola bilərik? Saatlarla, günlərlə danışaram, amma onun haqqını tam verə bilmərəm”.