16 May 2024
Qaradağda mikroavtobus yük maşınına çırpılıb, 2 nəfər öldü

Qaradağda mikroavtobus yük maşınına çırpılıb, 2 nəfər öldü

02 Noyabr 2021
Baxış: 902

Hadisə ötən gecə Bakı-Qazax magistralının Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Salyan rayonunun Xalac kənd sakini Abıyev Seymur Abı oğlu idarə etdiyi mikroavtobusla hərəkətdə olarkən”Hovo” markalı yük maşınına çırpılıb.

AJMEDİA.İNFO xəbər verir ki, qəza nəticəsində Neftçalanın Şorkənd kənd sakinləri, 1975-ci il təvəllülü Aşurova Əhliqə Ağasəf qızı və 1963-cü il təvəllülü İsmayılova İradə Balaxan qızı hadisə yerində ölüblər. Bundan savayı mikroavtobusun sürücüsü yüngül xəsarətlərlə qurtula bilsə də, avtobusda olan digər sərnişin, Şorkənd kənd sakini Ulduzə Məhərrəmova isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Məlumata görə, yaralı Lökbatan qəsəbəsində xəstəxanaya yerləşdirilib. Yaxınlarının bildirdiyinə görə, vəziyyəti ağırdır.

İlkin məlumata görə, qəzaya səbəb mikroavtobusun sürücüsünün yuxulu olması olub.

Faktla bağlı araşdırma aparılır.