16 May 2024
"Putinlə Yerusəlimdə görüşə bilərik" - Volodimir Zelenski

"Putinlə Yerusəlimdə görüşə bilərik" - Volodimir Zelenski

21 Mart 2022
Baxış: 577

Bu gün mən Knessetdə bütün deputatlara və hökumət rəsmilərinə müraciət etdim. Amma hər şeydən əvvəl mən sizin adınızdan, bütün ukraynalılar adından danışdım, əminəm ki, bizi başa düşən İsrail xalqı ilə danışdım.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Təbii ki, İsrailin öz maraqları, vətəndaşlarını qorumaq strategiyası var. Biz bunu başa düşürük. İsrailin baş naziri Naftali Bennet Rusiya ilə danışıqlar yolu tapmağa çalışır. Və buna görə minnətdarıq. Gec-tez biz Rusiya ilə bəlkə də Yerusəlimdə görüşə başlayacağıq. Bu, sülh tapmaq üçün doğru yerdir. Bu gün rus təbliğatçılarının işi kifayət qədər çətindir. Axı bu, tarixdə ilk dəfədir ki, xarici dövlət başçısı Knessetlə videobağlantı vasitəsilə danışır. Moskvada nasizmdə ittiham olunan Ukrayna Prezidenti Zelenski Knessetdə İsrail xalqı qarşısında çıxış edib. Hətta bu fakt Moskvada işlərin nə qədər yanlış olduğunu göstərir", - Zelenski bildirib.(Axar.az)