16 May 2024
Putin Ukrayna ilə bağlı taktikasını DƏYİŞDİ: Artıq Kiyevi İSTƏMİR - "B planı" BUDUR

Putin Ukrayna ilə bağlı taktikasını DƏYİŞDİ: Artıq Kiyevi İSTƏMİR - "B planı" BUDUR

21 Mart 2022
Baxış: 3242

“Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı döyüşlərin üç həftədən artıqdır davam etdiyini nəzərə alaraq, müharibə ilə bağlı taktikasını dəyişib”.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “The Wall Street Journal”a adının açıqlanmasını istəməyən ABŞ rəsmiləri məlumat verib.

Məlumatda bildirilib ki, Rusiya Prezidenti artıq paytaxtı ələ keçirmək niyyətində deyil. O, Kiyevi cənub və şərq ərazilərini təslim etməyə məcbur etmək istəyir.

Məmur qeyd edib ki bu, Putinin “B planı”dır.

Putin bununla Qərbi Rusiya ilə Krım yarımadası arasında “quru körpü” yaratmaq, həmçinin Donbas üzərində nəzarəti genişləndirmək istəyir.

Mənbə bildirib ki, Rusiya ordusu Ukrayna şəhərlərini atəşə tutmağa davam edəcək. Çünki Rusiya ümid edir ki, bu, Volodimir Zelenskini Rusiyanın tələblərini (xüsusən də neytral statusla bağlı tələbini) qəbul etməyə məcbur edəcək. Əgər Zelenski Putinin tələblərini qəbul etməsə, Putin Ukraynanın işğal olunmuş bütün ərazilərini əlində saxlayacaq və müharibəni davam etdirəcək.Hazırda Putin mühasirə taktikasına qayıdıb, bu da Ukrayna şəhərlərinin həftələr, hətta, bəlkə, aylarla raket və artilleriya hücumlarına məruz qalacağı deməkdir.

ABŞ rəsmiləri qeyd edib ki, əgər Rusiya ordusu özünü toplamağa başlasa, Putin hərbi məqsədlərini genişləndirəcək.

Məlumatda vurğulanıb ki, paytaxtın statusu açıq sual olaraq qalır. Rus ordusunun Kiyevi mühasirəyə alıb ələ keçirmək üçün kifayət qədər qoşun toplaya biləcəyi şübhə altındadır. Çünki Rusiya Ukraynada gözləmədiyi müqavimətlə rastlaşıb.(Konkret.az)