16 May 2024
Putin Moldovada prezident seçkilərində qalib gələn Maya Sandunu təbrik edib

Putin Moldovada prezident seçkilərində qalib gələn Maya Sandunu təbrik edib

16 Noyabr 2020
Baxış: 1311

Rusiya prezidenti Vladimir Putin Moldovada keçirilən prezident seçkilərində qalib gələn Maya Sandunu təbrik edib.

AJM-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, V. Putin M. Sanduya göndərdiyi təbrik teleqramında ona uğurlar və sağlamlıq arzulayıb.

“Ümid edirəm ki, Sizin dövlət başçısı kimi fəaliyyətiniz ölkələrimiz arasındakı münasibətlərin konstruktiv inkişafına yardım edəcək. Bu, şübhəsiz ki, Rusiya və Moldova xalqlarının köklü maraqlarına cavab verər”, - deyə təbrik teleqramında qeyd olunub.

Teqlər: Putin