06 May 2024
Putin: Fəratətrafı ərazilər Suriyanın nəzarətinə keçməlidir

Putin: Fəratətrafı ərazilər Suriyanın nəzarətinə keçməlidir

20 İyul 2022
Baxış: 375

Bəzi ölkələr Suriyanın suverenliyini pozaraq orada separatçı əhval-ruhiyyəni gücləndirir.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Tehranda Astana qarant ölkələrinin zirvə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Görüşdə Suriyanın şimal-şərqindəki və Fərat çayı ətrafındakı gərgin vəziyyət müzakirə olundu. Burada bəzi ölkələrin dəstəyi ilə Suriyanın suverenliyinin pozulmasına cəhdlər edilir. Xarici hərbi iştirakın möhkəmlənməsi və separatçı əhval-ruhiyyənin möhkəmlənməsi cəhdləri edilir. Rusiya Fəratətrafı ərazilərin Suriyanın qanuni hökumətinin nəzarətinə keçməsinin tərəfdarıdır” – deyə Putin vurğulayıb. 7NEWS.Az