21 May 2024
“Putin artıq məğlubdur, tiranlığa son qoyacağıq…” – Boris Conson

“Putin artıq məğlubdur, tiranlığa son qoyacağıq…” – Boris Conson

24 Mart 2022
Baxış: 376

“Mən müttəfiqlərimizi və tərəfdaşlarımızı Ukraynaya hərbi və iqtisadi dəstəyi artırmağa çağırıram”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson tviter səhifəsində yazıb.

“Rusiya Ukraynanın şəhər və qəsəbələrini toz-torpağa çevirərkən biz dayana bilmərik və dayanmayacağıq. Putin artıq Ukraynada uğursuzluğa düçar olur. Ukrayna xalqı çox cəsarətli davranır. Britaniya müttəfiqləri ilə birlikdə Ukraynanı dəstəkləməyə, tiranlığa son qoymağa davam edir. Biz birlikdə qalib gələcəyik”, - hökumət başçısı bildirib.(Report)