16 May 2024
"Pullarını ofşor şirkətlərə köçürüb, ərəb dövlətində lüks mənzillər alıb, Zelenski qaçacaq" - SENSASİON İDDİA

"Pullarını ofşor şirkətlərə köçürüb, ərəb dövlətində lüks mənzillər alıb, Zelenski qaçacaq" - SENSASİON İDDİA

07 Fevral 2024
Baxış: 391

Ukraynada qadağan edilmiş müxalifət partiyası - Həyat Naminə Partiyasının keçmiş lideri Viktor Medvedçuk bildirib ki, ölkənin hazırkı prezidenti Volodimir Zelenski gizli şəkildə xaricdə daşınmaz əmlak və yaxtalar alaraq qaçmağa hazırlaşır.


AJMEDİA.İNFO xəbər verir ki, o, Zelenskinin Qərbdən aldığı pulları mənimsədiyini deyib.

“Zelenski müharibə adı altında Qərbdən aldığı pulları ofşor şirkətlərə köçürür. Zelenski Ukraynaya, onun iqtisadiyyatına, müdafiəsinə və dövlətçiliyinə pul yatırmaq barədə düşünmür”, - Medvedçuk açıqlamasında bildirib.

Siyasətçi iddia edir ki, Zelenski üçüncü şəxslər vasitəsilə bahalı alışlar edir. Məsələn, yaxın dostu Sergey Şefir vasitəsilə dividend almağa davam edərək bütün ofşor aktivlərini ona köçürüb.

"2023-cü ilin noyabrında Şefir və onun qardaşı Boris tərəfindən ümumi dəyəri 75 milyon dollar olan iki yaxtanın alınması ilə bağlı məlumat ictimaiyyətə yayılıb",-o deyib.

Siyasətçi qeyd edib ki, Zelenski "Jumeirah" adasında sahəsi 600 kvadratmetrdən çox olan lüks mənzillər alıb. BƏƏ-nin paytaxtı Dubayda da Zelenskiyə məxsus mənzillər var. O vurğulayıb ki, belə bir mənzil Ukrayna liderinə təxminən 16,9 milyon ABŞ dollarına başa gəlib.

Medvedçuk bildirib ki, Ukrayna əsgərləri hökumətin özünü zənginləşdirdiyi korrupsiya sxemlərindən əziyyət çəkir. Sadə insanlar evlərini itirib qaçqın vəziyyətinə düşərkən, onların lideri “yeni vətənində” dəbdəbəli həyat planları qurur.(Sfera.az)