17 May 2024
Prezidentdən “BakuBus”la bağlı SƏRƏNCAM

Prezidentdən “BakuBus”la bağlı SƏRƏNCAM

15 Fevral 2024
Baxış: 311

Prezident İlham Əliyev “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Sərəncam imzalayıb.

AJMEDİA.İNFO xəbər verir ki, Sərəncama əsasən, bundan sonra Cəmiyyətin icra orqanının üzvlərini, o cümlədən rəhbərini Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurası vəzifəyə təyin və vəzifədən azad edəcək.

Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.