15 May 2024
Prezident büdcədən 10,1 milyon manat AYIRDI

Prezident büdcədən 10,1 milyon manat AYIRDI

01 Avqust 2022
Baxış: 432

Prezident İlham Əliyev Ucar rayonunun Müsüslü-Təzə Şilyan-Bərgüşad-Bağban-Yuxarı Şilyan-Boyat-Qazyan avtomobil yolunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

AJMEDİA.İNFO xəbər verir ki, sərəncama əsasən, iyirmi doqquz min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Müsüslü-Təzə Şilyan-Bərgüşad-Bağban-Yuxarı Şilyan-Boyat-Qazyan avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.12-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 10,1 milyon (on milyon bir yüz min) manat ayrılıb.