15 May 2024
Pişiklər üçün koronavirus vaksini yaratdılar

Pişiklər üçün koronavirus vaksini yaratdılar

23 Oktyabr 2021
Baxış: 512

Qazaxıstanda pişiklər üçün koronavirus vaksini yaradılıb.

Sözügedən vaksinin pişiklər üzərində sınaqları keçirilib.

Bildirilib ki, Beynəlxalq Vaksin Mərkəzi tərəfindən pişiklər üçün yaradılan NARUVAX-C19 vaksini paytaxt Nur-Sultanda təşkil olunan Beynəlxalq Kənd Təsərrüfatı Yarmarkasında təqdim olunub.

Qeyd edilib ki, bəzi ev heyvanlarında, xüsusən pişiklərdə koronavirus riski yüksəkdir və bu heyvanların virusun mutasiyasına səbəb olmaq potensialı var.(Qafqazinfo.az)