15 May 2024
Paşinyanın Putinə gecə zəngi: Yenə “sədaqət andı" içdi...

Paşinyanın Putinə gecə zəngi: Yenə “sədaqət andı" içdi...

17 Noyabr 2021
Baxış: 467

Azərbaycanla sərhəddə təxribat törədib, hücuma cəhd edib, ağır zərbə aldıqdan sonra isə ənənəvi olaraq Rusiya liderinə yardım üçün zəng edən Ermənistan Baş naziri Nikol Paşinyanın Vladimir Putinlə söhbətinin təfərrüatı bəlli olub.

AJMEDİA.İNFO xəbər verir ki, Nikol Paşinyan əvvəlcə Rusiya-Ermənistan strateji partnyorluğunun böyük önəm daşıdığını Putinə deyib və bu əməkdaşlığın xüsusilə Ermənistan-Azərbaycan sərhədində baş verənlər fonunda aktuallıq daşıdığını bildirib.

Daha sonra Paşinyan sərhəddə baş verən insidenti “Azərbaycan tərəfinin aqressiyası” kimi təqdim etməyə çalışıb və sonra masaya qayıtmağının mesajını verib:

“(Paşinyan) Ermənistan tərəfinin 9 (10) noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatları ilə üzərinə götürdüyü öhdəlikləri bir daha təsdiqləyib”, - Ermənistan Nazirlər Kabinetinin yayıdığı açıqlamada qeyd edilib.

Xatırladaq ki, Nikol Paşinyan Rusiyanın da israrlı olduğu və 10 noyabr bəyanatında əksini tapan bəzi müddəaları, xüsusilə kommunikasiyaların bəyanatda nəzərdə tutulduğu kimi açılması və erməni silahlı birləşmələrinin qalıqlarının Azərbaycan ərazisindən çıxarılmasını yerinə yetirmir.

Sərhədlərin delimitasiya və demarkasiyası haqda təkliflərdən də dolayısı ilə imtina edir. Məhz bu səbəbdən 9 noyabr 2021-ci ildə Moskvada (və yaxud Soçidə) nəzərdə tutulan üçtərəfli görüşün baş tutmadığı da iddia edilir.