15 May 2024
Pakistandan İrana ÇAĞIRIŞ

Pakistandan İrana ÇAĞIRIŞ

20 Yanvar 2024
Baxış: 381

Pakistan İranla qarşılıqlı etimad əsasında əməkdaşlığa hazır olduğunu açıqlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Pakistanın müvəqqəti hökumətinin xarici işlər naziri Cəlil Abbas Cilani İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla telefon danışığında bildirib.

“Pakistan və İran arasında sıx qardaşlıq əlaqələrini vurğulayan xarici işlər naziri İslamabadın Tehranla qarşılıqlı etimad və əməkdaşlıq ruhu əsasında işləmək arzusunu ifadə edib”, - Pakistan XİN-in bəyanatında deyilir.