17 May 2024
Ölkələr BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyini maliyyələşdirməyi dayandırır

Ölkələr BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyini maliyyələşdirməyi dayandırır

28 Yanvar 2024
Baxış: 419

Birləşmiş Krallıq, Kanada, Avstraliya, İtaliya və Finlandiya ABŞ-nin ardınca BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınları Agentliyinin (UNRWA) maliyyələşdirilməsini dayandırdı.
BBC-nin xəbərinə görə, hadisə Agentliyin işçilərinin HƏMAS-ın İsrailə hücumunda əli olduğuna dair ittihamlardan sonra baş verib.
“Böyük Britaniya UNRWA əməkdaşlarının 7 oktyabrda İsrailə qarşı hücumda iştirak etdiyinə dair iddialardan dəhşətə gəlir”, - Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
Öz növbəsində HƏMAS şantajlara inanmamağa çağırıb:
“Biz BMT və beynəlxalq təşkilatlardan xahiş edirik ki, İsrailin təhdid və şantajına inanmasınlar”.
Qeyd edək ki, bir gün əvvəl agentliyin ən böyük sponsoru olan ABŞ Dövlət Departamenti də UNRWA-nın maliyyələşdirilməsini dayandırdığını elan edib. Buna səbəb İsrailin təqdim etdiyi HƏMAS hücumunda UNRWA-nın 12 əməkdaşının iştirak edə biləcəyinə dair sübut olub.
Həmin gün UNRWA HƏMAS-ın İsrailə hücumunda əli olmaqda şübhəli bilinən bir neçə əməkdaşla bağlı təhqiqatın başladığını elan edib.
Qeyd edək ki, 1949-cu ildə yaradılan BMT agentliyi Qəzza zolağı, İordan çayının qərb sahili, İordaniya, Livan və Suriyadakı fələstinlilərə tibbi, təhsil və humanitar yardım göstərir.Yeniavaz.com