16 May 2024
"Niyamın bu mahnısı üz qarasıdır, verilişimdə verilməsin" - Elgizdən SƏRT SÖZLƏR + VİDEO

"Niyamın bu mahnısı üz qarasıdır, verilişimdə verilməsin" - Elgizdən SƏRT SÖZLƏR + VİDEO

21 İyul 2023
Baxış: 614

Aparıcı Elgiz Əkbər müğənni Niyam Salaminin "Ölüm-ölüm" adlı yeni mahnısını tənqid edib.

AJMEDİA.İNFO xəbər verir ki, Elgiz verilişində səsləndirilənən mahnıya irad bildirib.

O qeyd edib ki, sözügedən musiqi bir də onun proqramında səsləndirilməsin:

"Bu tip mahnıları sevmirəm. Ayıbdır... Bu mahnı onun yaradıcılığının üz qarasıdır. Bəlkə səhv düşünürəm, zövqüm yoxdur. Amma efir üçün deyil. Bu mahnı bir də bizim verilişdə səsləndirilməsin. Ümumiyyətlə, bu tip mahnıları verməyin. Niyamı sevirəm, amma bu mahnı yox".

Verilişdə yer alan aparıcı-aktyor Sərxan Kərəmoğlu "Söz yığınıdır: ölüm-ölüm, sevim-sevim. Bu nədir? Qulaq asmaq, efir üçün deyil. Oynamaq üçün toyda səsləndirilə bilər. Sən nə oxuyursan? İnsanları nə ilə maarifləndirirsən? sözlərini əlavə edib.