16 May 2024
Nikol Paşinyana qarşı sui-qəsd hazırlanır – ŞOK İDDİA

Nikol Paşinyana qarşı sui-qəsd hazırlanır – ŞOK İDDİA

09 Avqust 2021
Baxış: 615

Ermənistanda ölkənin Baş naziri Nikol Paşinyana qarşı terror hücumunun olacağı ilə bağlı ciddi söz-söhbətlər dolaşır.

AJMEDİA.İNFO erməni mətbuatına istinadən xəbər verir ki, hökumətin son dövrlərdəki ehtiyatlı davranışları bu cür müzakirələrin yaranmasına səbəb olub.

Belə ki, avqustun 2-dən etibarən Ermənistan Parlamentinin yerləşdiyi binaya jurnalistlərin giriş-çıxışına və çəkiliş aparmasına məhdudiyyətlər tətbiq olunub.

Bundan əlavə, deputatlar üçün də təhlükəsizlik tədbirlərinin xeyli artırıldığı və onlara xüsusi çiplərin quraşdırıldığı bildirilir.

Qeyd edək ki, bu cür təcili tədbirlərin görülməsini erməni mediası Nikol Paşinyana qarşı sui-qəsd hazırlığının görülməsi ilə bağlı təhlükəsizlik orqanlarında əsaslı məlumatların olması ilə əlaqələndirib.